Almaniya İsraili beynəlxalq hüquqa hörmət etməyə çağırır


Almaniyanın xarici işlər naziri Annalena Berbok ümid etdiyini bildirib ki, İsrail hakimiyyəti İranın misli görünməmiş hücumuna mümkün cavab variantını seçərkən beynəlxalq hüquqa riayət edəcək.


“Özünümüdafiə hüququ hücumdan qorunmaq deməkdir. Qisas beynəlxalq hüququn kateqoriyası deyil”, - deyə o, qeyd edib.

Berbokun sözlərinə görə, İran rejimi İsrailə qarşı genişmiqyaslı hücumu ilə bütün Yaxın Şərq regionunu uçurumun kənarına gətirib. “Eyni zamanda, bu gərginlik göstərdi ki, İranın təhlükəli davranışlarının qarşısını almaq üçün bölgə İsraili dəstəkləyir. İran təcrid olunub” - deyə XİN rəhbəri əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu