İraqın qərbindəki Amerika hərbi bazası yenidən PUA hücumuna məruz qalıb


ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına pilotsuz təyyarə növbəti dəfə hücum edib.



Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, zərbəyə görə məsuliyyəti radikal HƏMAS hərəkatının İraq qolu öz üzərinə götürüb. PUA hədəfləri vurub. Dəymiş ziyan və tələfatla bağlı hələlik məlumat verilməyib.

Xatırladaq ki, oktyabrın 22-də ərəb KİV-lərinin verdiyi məlumata görə, İraqın İslami Müqavimətinə aid şiə silahlı qruplaşmalarının döyüşçüləri Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına hücum edərək, bir neçə raket atıblar. Oktyabrın 19 və 20-də Ayn əl-Əsəd bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Oktyabrın 20-də Ərbilin inzibati mərkəzinin yaxınlığında (Bağdaddan 425 km məsafədə) Hərir hərbi aerodromuna iki pilotsuz təyyarənin hücumu dəf edilib. İraqın hava hücumundan müdafiə sistemləri həmçinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən Amerikanın “Kamp Victoria” bazası üzərində PUA-lardan birini vurmağa nail olub.

Bundan əvvəl şiə qruplaşmalarının döyüşçüləri ABŞ-dan qoşunlarını İraqdan və Yaxın Şərqin digər ölkələrindən çıxarmasını tələb ediblər. Bəyanatda vurğulanıb ki, “Amerika qoşunları dərhal bölgəni tərk etməlidir, əks halda onların bazalarına davamlı hücumlar olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu