Kreml: Putin G20 onlayn liderlərinin sammitində iştirak etməyi planlaşdırır


Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin noyabrın 22-də keçiriləcək G20 sammitində onlayn iştirak etməyi planlaşdırdığını açıqlayıb.


Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Argentinada prezident seçkilərində ifrat sağçı Javier Mileyin qələbəsini dəyərləndirən Peskov Rusiyanın Argentina ilə münasibətlərində aydınlaşdırılmalı olan bir çox məsələnin olduğunu bildirib.

Peskov Argentina xalqının seçiminə hörmət etdiklərini və bu ölkə ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini vurğulayıb.

Mileyin keçmişdə verdiyi “müxtəlif” açıqlamalardan xəbərdar olduqlarına diqqət çəkən Peskov, “Təbii ki, onun seçki kampaniyası zamanı verdiyi bəzi açıqlamalara diqqət yetirdik, ancaq onun verəcəyi ifadələrə uyğun hərəkət edəcəyik" - deyə qeyd edib.

Hindistanın təşkil etdiyi və noyabrın 22-də onlayn keçiriləcək G20 Liderlər Zirvəsinə Putinin qatılıb-qatılmayacağı ilə bağlı suala Peskov, "Bəli, iştirak etməyi planlaşdırır" - deyə cavab verib.

Mövcud qlobal konyukturanın son dərəcə təlatümlü olduğunu qeyd edən Peskov bildirib ki, Putinin G20 çıxışı üçün gündəm çox aydındır. "Rusiyanın məlum, ardıcıl və balanslı yanaşmasının konturları cızılacaq" - deyə Peskov vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu