Kreml Putinin G20 sammitində iştirakı üçün təhlukəsizlik təminatı istəyir
Rusiya prezidenti Vladimir Putinin G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizlik nəzərə alınacaq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq təhlükəsizlik faktorları da daxil olmaqla bütün amillər nəzərə alınacaq. Sammitin ev sahibi ölkəsinə dəvətə görə minnətdarıq”, – deyə Peskov Rossiya1 kanalında yayımlanan Moskva.Kreml.Putin proqramına müsahibəsində deyib.
Qeyd edək ki, G20 liderlərinin sammiti noyabrda İndoneziyanın Bali şəhərində keçiriləcək.