Peskov Putinin Ankara səfəri ilə bağlı xəbərləri təkzib etdi


Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin Ankaraya səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Ölkə.Az "Hürriyet”ə istinadla xəbər verir ki, Peskov Putinin Ankara səfərinin yaxın həftələrdə planlaşdırılmadığını deyib. Kreml sözçüsü Rusiya prezidentinin bir çox ölkə liderləri ilə telefon danışıqlarının detallarının Kreml tərəfindən ictimaiyyətə açıqlanmaması ilə bağlı tənqidlərə də cavab verib:

"Bir çox telefon danışıqlarının təfərrüatları həmişə olmasa da, paylaşılır. Prezidentlər bəzən gizli iclasda həssas və vacib məsələləri müzakirə edirlər. Bu bəyanatlarda müzakirə olunan məsələlərin hamısını əks etdirmək mümkün deyil”, deyə o söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə mətbuatında Putinin Ankaraya səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu