Rusiya: Bu dövrdə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar mümkün deyil


Kremlin sözçüsü Dmitriy Peskov, bu müddət ərzində nüvə silahlarının azaldılması ilə bağlı danışıqların aparılmasının qeyri-mümkün olduğunu bildirərək, "Təhlükəsizliklə bağlı məsələlər mövcud vəziyyətə əsaslanaraq bütövlükdə həll edilməlidir" deyib.



Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

ABŞ prezidenti Co Baydenin Rusiya, Çin və Şimali Koreya ilə nüvə silahlarının azaldılması ilə bağlı qeyd-şərtsiz danışıqlar aparmağa hazır olduğu barədə açıqlamasını dəyərləndirən Peskov, “Bu, Rusiyaya qarşı müharibədə ABŞ, İngiltərə və Fransa kimi nüvə güclərinin dolayısı ilə və ya bilavasitə iştirak etdiyi bir dövrdə mümkün deyil. Rusiya hesab edir ki, bu cür danışıqlar zəruridir və bu danışıqları dayandırmaq olmaz. Lakin təhlükəsizliklə bağlı məsələlər mövcud vəziyyətə əsaslanaraq bütövlükdə həll edilməlidir" ifadələrini işlədib.

Peskov, bununla belə, ABŞ ilə kosmos sahəsində qarşılıqlı əlaqəni davam etdirdiklərini söyləyib.

Rusiyanın gələcəkdə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı iddiaları dəyərləndirən Peskov Rusiyanın öz təhlükəsizliyini təmin etdiyini və bunun üçün lazımi potensiala malik olduğunu bildirib.

NATO-nun "Steadfast Noon" illik nüvə təlimi ilə bağlı Peskov, “Əlbəttə, bu cür təlimlər Ukraynadakı isti müharibə kontekstində vəziyyətin gərginləşməsinə gətirib çıxarır” deyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu