Cinayət Məcəlləsinə şəhidi alçaldanların cəzalandırılması ilə bağlı maddənin əlavə edilməsi təklif olunub


Azərbaycanın Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması üçün maddənin əlavə edilməsi təklif olunub.


AFN "Report"a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclis deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Bu günlərdə bəzi şəxslər şəhidlərimizə dil uzadır. Bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə şəhid adını alçaldanların cəzalandırılması ilə bağlı maddə əlavə edilməlidir. Bunu edənlərə qarşı da ən sərt cəza tədbirləri görülməlidir”, - deputat bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu