Tramp: Kanada ABŞ-la ticarət sazişi bağlamaq istəyir


ABŞ Prezidenti Donald Tramp Kanadanın Vaşinqtonla yeni ticarət sazişi bağlamaqda maraqlı olduğunu iddia edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri ərəfəsində keçirilən milli qurultayında çıxışı zamanı deyib.

ABŞ lideri çıxışında Kanada ilə münasibətlərdən danışarkən ölkələr arasında ticarət razılaşmasının mümkünlüyünə toxunub.

"Kanada çox istəyir ki, saziş bağlasın, onlar saziş bağlamağı arzulayırlar", - deyə Tramp bildirib.

Tramp çıxışı zamanı daha əvvəl Meksika körfəzinin adını "Amerika körfəzi" olaraq dəyişdirdiyini də xatırladıb. O, Ontario gölünün adının da "Amerika gölü" ilə əvəzlənməsi barədə göstəriş verdiyini söyləyib.

ABŞ Prezidenti bununla kifayətlənməyərək Sakit və ya Atlantik okeanlarından birinin adının dəyişdirilməsi ehtimalını da gündəmə gətirib.

Tramp həmçinin Nyu-Meksiko ştatının adının "Yeni Amerika" ilə əvəzlənməsinin mümkünlüyünü qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu