Los-Ancelesdə helikopteri qəzaya uğrayıb: 3 nəfər ölüb



ABŞ-nin Los-Anceles şəhərində media helikopterinin qəzaya uğraması nəticəsində ən azı 3 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə iki konteyner və çox sayda avtomobilin yandığı görülüb. Yanğınsöndürmə qrupları yanğının söndürüldüyünü açıqlayıb.

Helikopteri kimin idarə etdiyi hələlik məlum deyil. Lakin yerli mediada yayılan xəbərlərdə qəzaya uğrayan helikopterin ölümcül avtobus qəzasının yaxınlığında uçan media helikopteri olduğu bildirilib.

Los-Anceles Polis Departamenti qəzaya uğrayan helikopterin onlara məxsus olmadığını təsdiqləyib.

Hadisə çərşənbə axşamı yerli vaxtla saat 19:00-dan bir qədər əvvəl Lurlayn prospekti ilə Nordhoff küçəsinin kəsişməsində baş verib.

Hadisə ilə bağlı araşdırmanı Milli Nəqliyyat Təhlükəsizliyi Şurası aparacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu