Havayda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
ABŞ-ın Havay əyalətinə bağlı Kauai adasında baş verən helikopter qəzasında 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, Kauai Polis Departamentindən verilən məlumata görə, adanın şimal sahilindəki Kalalau çimərliyi açıqlarında bir helikopter okeana düşüb.
Pilot və 4 sərnişini daşıyan helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib. Hadisə zamanı xəsarət alan digər 2 nəfər isə Wilcox Tibb Mərkəzinə çatdırılıb. Rəsmi məlumatlara görə, helikopter "Airborne Aviation" şirkətinə məxsus olub və qəza yerli vaxtla saat 15:45 radələrində qeydə alınıb.
ABŞ Sahil Mühafizəsi və yerli xilasetmə qrupları hadisə yerinə dərhal müdaxilə edib. Kauai meri Derek Kavakami koordinasiyalı şəkildə aparılan xilasetmə işlərinə görə aidiyyəti qurumlara təşəkkürünü bildirib. Hazırda ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən qəzanın səbəbləri araşdırılır.

