Pakistanda musson yağışları nəticəsində 13 nəfər ölüb


Pakistanda güclü musson yağışlarının səbəb olduğu fəlakətlər və qəzalar nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.


"Geo News" televiziyasında yer alan xəbərə görə, güclü yağış paytaxt İslamabadda təsirli olub. Paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub. Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında qalaraq həyatını itirib.

Digər tərəfdən, İslamabadın Muhammedi Town məhəlləsində bir uşaq uçmuş divarın altında ölüb.

Güclü yağışlar nəticəsində yolların sürüşkən olması ilə bağlı yol qəzaları baş verib.

İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.

Yağışlar səbəbindən paytaxtın bəzi yerlərində daşqınlar baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu