Pakistanda güclü yağışlar nəticəsində 7 nəfər ölüb


Pakistanın Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 7 nəfər ölüb, 72 nəfər yaralanıb.


"Dawn" qəzetində yer alan xəbərə görə, leysan yağışlar Hayber Paxtunxvaya bağlı Bannu və Pişəvərdə həyata mənfi təsir edib.

Yağışların yaratdığı fəlakət və qəzalarda Bannuda 5, Pişəvərdə isə 2 nəfər həyatını itirib. Ölkə üzrə ümumilikdə 72 nəfər xəsarət alıb.

Güclü külək nəticəsində bəzi ərazilərdə evlərə ziyan dəyib, güclü yağış sel sularına səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu