Tayvanda Podul Tayfunu səbəbindən daxili aviareyslər ləğv edildi


Tayvanda adanın cənub-şərq sahillərinə doğru sürətlə irəliləyən Podul Tayfunu səbəbindən daxili aviareyslərin ləğv edildiyi bildirilib.



“Taipei Times” qəzetinin məlumatına görə, Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) saatda təxminən 125 kilometr sürətlə hərəkət edən tayfunun günorta saatlarında Taitunq əyalətinə çatmasının, axşam saatlarında isə Tainan əyaləti üzərindən adanı tərk etməsinin gözlənildiyini açıqlayıb.



Tayvan üzrə bu gün həyata keçirilməsi planlaşdırılan bütün daxili uçuşlar Podul Tayfununun yaxınlaşması səbəbindən ləğv olunub.



CWA-nın məlumatına görə, tayfun səbəbindən şərq sahillərində dalğaların hündürlüyü 6 metrə qədər yüksələ bilər. Cənubdakı dağlıq ərazilərdə isə 3 gün ərzində hər kvadratmetr üçün 600 millimetrədək yağıntı düşəcəyi proqnozlaşdırılır.



Tayvan hökuməti adanın şərq və cənub bölgələrində yerləşən bəzi əyalətlərdə təhsil və dövlət xidmətlərinin bir günlük dayandırıldığını açıqlayıb.



Rəsmi məlumatlara görə, Hualien əyalətində əvvəlki torpaq sürüşməsi nəticəsində yaranmış təbii bəndin daşma riski səbəbindən təxminən 700 nəfər təxliyə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu