İranda bir qəzet İsrailin məhkəmə arxivlərini ələ keçirdi
Qərargahı İranın paytaxtı Tehranda yerləşən Tehran Times qəzeti İsrailin 70 min səhifəlik məhkəmə arxivinə daxil olduğunu açıqlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşının psixoloji pozğunluqları olduğu iddia edilən sənədlərdə bir çox hökumət üzvlərinin hadisələri və İsrailin ərəb vətəndaşlarına qarşı sistemli ayrı-seçkilik etdiyinə dair məlumatların olduğu iddia edilib.
Netanyahu sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında çıxışı zamanı İranı hədəfə alıb.
Beynəlxalq ictimaiyyəti İranın hücumlarına biganə qalmaqda ittiham edən Netanyahu, İranın nüvə ambisiyalarını saxlamasına baxmayaraq, sanksiyaların yumşaldılmasını tənqid edərək, "İranın nüvə ambisiyalarına qarşı inandırıcı təhdid təqdim edilməlidir. Nə qədər ki, mən İsrailin baş naziriyəm İranın nüvə silahı əldə etməsinə mane olacam.” ifadələrini işlədib.