Netanyahu İrana qarşı hərbi əməliyyatların vacibliyindən danışdı


İranın nüvə ambisiyalarına qarşı etibarlı hərbi təhdid nə qədər geciksə, bir o qədər çətin olacaq.


AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Təl-Əvivdə keçirilən Hartoq Milli Təhlükəsizlik Konfransında çıxış edən Netanyahu qeyd edib ki, İranın nüvə ambisiyalarına qarşı dayanmaq üçün ən yaxşı variant məhz hərbi təhdiddir.
“Üsyankar dövlətlərin nüvə silahı yaratmasına qarşı ən yaxşı mübarizə üsulu etibarlı hərbi əməliyyatdır. Sarsıdıcı iqtisadi sanksiyalar tətbiq edə bilərsiniz, lakin bu, kifayət deyil. Biz nə qədər çox gözləsək, vəziyyət bir o qədər çətinləşəcək. Onsuz da həddən artıq çox gözləmişik” - deyə baş nazir vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu