Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almaq əsas hədəfdir
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına sahib olmamasını təmin etməyin bir nömrəli hədəf olduğunu bildirib.
AFN.az xəbər verir ki, Tramp sosial media hesabında İranla bağlı açıqlama yayıb.
ABŞ Prezidenti “Bir nömrəli hədəf İranın heç bir halda nüvə silahına sahib olmamasını təmin etməkdir və həmişə belə olacaq” ifadəsini işlədib.
