Tramp: İran razılaşmaya hazırdır
ABŞ Prezidenti Donald Tramp "İran həqiqətən də bir saziş imzalamaq istəyir və bu saziş həm ABŞ, həm də bizimlə birlikdə hərəkət edənlər üçün faydalı olacaq" ifadəsini işlədib.
AFN.az xəbər verir ki, ABŞ rəhbəri sosial media hesabından etdiyi paylaşımlarda İran ilə aparılan danışıqlar barədə qiymətləndirmələr aparıb.
Digər tərəfdən, Tramp demokratların və bəzi respublikaçıların bu proseslə bağlı davamlı olaraq tənqidi fikirlər səsləndirdiyini bildirərək, ondan bəzən daha sürətli, bəzən isə daha yavaş hərəkət etməyin gözlənildiyini vurğulayıb.
Bu növ tələb və şərhlərin onun işini çətinləşdirdiyinə diqqət çəkən Tramp hər şeyin yoluna düşəcəyini müdafiə edib.
Başqa bir paylaşımında isə CNN telekanalının İran üçün hazırlanan saziş layihəsində nüvə məsələlərinin yer almadığı barədə iddialarını təkzib edən Tramp sənədin mətnində İranın nüvə silahına sahib ola bilməyəcəyinin açıq şəkildə qeyd olunduğunu bildirib.
ABŞ Prezidenti razılaşma layihəsinin nüvə mövzusunun müxtəlif aspektlərini son dərəcə güclü və ətraflı formada əhatə etdiyini, mətnin mühüm bir hissəsinin məhz bu məsələyə həsr olunduğunu diqqətə çatdırıb.
