Haitidə daşqınlar 15 nəfərin həyatına son qoyub


Haitidə "Arlen" tropik qasırğasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 15 nəfərin öldüyü, daha 8 nəfərin itkin düşdüyü güman edilir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Baş İdarəsi bildirib.

"Yenilənmiş ilkin qiymətləndirməyə görə, Qərb Departamenti, Nipe, Cənub-Şərq, Şimal-Qərb və Mərkəzi ştatlarda 15 nəfər həlak olub, 8 nəfər itkin düşüb, 7475 ailə zərər çəkib, 1219 ev su altında qalıb, 13390-a yaxın insan təxliyə edilib", - deyə idarənin məlumatında deyilir.

İyunun 3-də səhər saatlarında "Arlen" tropik qasırğasının keçməsi nəticəsində ölkəni güclü yağışlar vurub. Yağıntı bir neçə çayın daşmasına, bəzi ərazilərdə daşqınlara və sürüşmələrə səbəb olub. Yerli hakimiyyət orqanları zərər çəkmiş əhalinin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu