Hindistanın şimal-şərqində yollar çaylara çevrilib, bütün kəndlər su altında qalıb
Hindistanın şimal-şərqində təxminən yarım milyon insan bölgəyə yağan güclü yağışlardan sonra şiddətli daşqınlardan zərər çəkib.
AFN.az CNN-ə istinadən xəbər verir ki, bğlgədə vəziyyət acınacaqlıdır: yollar çaylara çevrilib, bütün kəndlər su altında qalıb.
Assamın 22 rayonunda yaşayan 495 mindən çox insan daşqınlardan zərər çəkib.
Güclü yağışların Assamdan keçən Beka çayının daşmasına səbəb olmasından sonra 14 minə yaxın insan yardım düşərgələrinə təxliyə edilib. Dövlət rəsmiləri ən azı bir nəfərin öldüyünü bildirib.
31 milyondan çox əhalisi olan Assam əyaləti apreldən sentyabr ayına qədər davam edə bilən Hindistan musson mövsümündə güclü yağışlar və daşqınlarla üzləşir.
Ötən il ştatı bürümüş güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 10 nəfər həlak olmuşdu.
Bu il daşqın güclü tropik siklon Biparjoy Hindistanın qərb sahillərini vurduqdan bir həftə sonra baş verdi.