ABŞ-da kommersiya neft ehtiyatları azalıb



ABŞ-ın kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə təxminən 1 milyon 900 min barel azalıb.

AFN.az xəbər verir ki, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) ölkənin kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə təxminən 1 milyon 900 min barel azalaraq 410 milyon 600 min barelə düşdüyünü açıqlayıb.

Bazar iştirakçıları ehtiyatların təxminən 100 min barel artacağını gözləyirdilər.

Ölkənin kommersiya məqsədli xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 100 min barel azalaraq 282 milyon 600 min barelə enib.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları 3 milyon 900 min barel artaraq 209 milyon 200 min barelə çatıb.

ABŞ-da gündəlik xam neft hasilatı oktyabrın 17–23-ü həftəsində 723 min barel artaraq 13 milyon 992 min barelə yüksəlib.

Ötən həftə ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik 616 min barel artaraq 6 milyon 374 min barelə, xam neft ixracı isə gündəlik 1 milyon 412 min barel artaraq 4 milyon 854 min barelə çatıb.

EIA-nın oktyabr ayına dair Qısamüddətli Enerji Görünüşü hesabatına əsasən, ABŞ-da gündəlik orta xam neft hasilatının bu il 13 milyon 870 min barel, gələn il isə 14 milyon 300 min barel olacağı proqnozlaşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu