OPEC-in neft hasilatı 3 aylıq enişdən sonra yenidən artdı



Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı mart ayından bəri davam edən azalmanın ardından iyun ayında yenidən artıma keçərək əvvəlki ayla müqayisədə 3 milyon 51 min barel artıb.

AFN.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, ötən ay hasilatda ən böyük artım Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqda qeydə alınıb. Bu ölkələri İran, Liviya, Qabon, Nigeriya və Əlcəzair izləyib.

Birləşmiş Ərəb Əmirliklərinin gündəlik neft hasilatı 1 milyon 642 min barel artaraq 3 milyon 809 min barelə yüksəldiyi halda, Küveytin hasilatı 880 min barel artaraq 1 milyon 452 min barelə, İraqın hasilatı isə 446 min barel yüksəlişlə 1 milyon 970 min barelə çatıb.

İranın gündəlik neft hasilatı 155 min barel artaraq 2 milyon 441 min barelə yüksəlib. Liviyada hasilat 22 min barel artımla 1 milyon 325 min barelə, Qabonda isə 10 min barel yüksəlişlə 224 min barelə çıxıb. Nigeriya və Əlcəzairin gündəlik neft hasilatı da 5 min barel artaraq müvafiq olaraq 1 milyon 559 min987 min barelə yüksəlib.

Bu dövrdə Səudiyyə Ərəbistanı, Ekvatorial Qvineya, Konqo və Venesuelada isə neft hasilatı azalıb. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 99 min barel azalaraq 6 milyon 847 min barelə, Ekvatorial QvineyaKonqonun hasilatı 7 min barel geriləyərək müvafiq olaraq 44 min274 min barelə enib. Venesuelanın gündəlik neft hasilatı isə min barel azalma ilə 1 milyon 70 min barel olaraq qeydə alınıb.

Beləliklə, OPEC-in gündəlik xam neft hasilatı iyunda əvvəlki ayla müqayisədə 3 milyon 51 min barel artaraq 22 milyon 2 min barelə çatıb. OPEC+ qrupunun gündəlik xam neft hasilatı da eyni dövrdə 2 milyon 999 min barel artaraq 36 milyon 278 min barelə yüksəlib.

OPEC bu il qlobal neft tələbatının keçən illə müqayisədə gündəlik 780 min barel artaraq 105 milyon 940 min barelə çatacağını proqnozlaşdırır.

Tələbatın bu il İƏİT (OECD) xarici ölkələrdə gündəlik 740 min barel artımla 59 milyon 950 min barel, İƏİT ölkələrində isə gündəlik 40 min barel artımla 45 milyon 990 min barel səviyyəsində reallaşacağı təxmin edilir.

Gələn il isə qlobal tələbatın bu illə müqayisədə gündəlik 1 milyon 940 min barel artaraq təxminən 107 milyon 880 min barel olacağı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu