Qaradağdakı ağır yol qəzasında yaralanan şəxslərlə bağlı AÇIQLAMA


Bu gün baş verən qəzada yaralanan vətəndaşların vəziyyəti ağır olaraq qalır.


Kliniki Tibbi Mərkəzdən AFN.az-a verilən məlumata görə hər iki vətəndaş reanimasiya şöbəsindədir: "Vəziyyətləri ağır olaraq qalır. İlkin diaqnoz 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlunda sol budunun sınıqları, 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlunda çənə sümüklərinin qırıqlarıdır. Yaralıların reanimasiyon şəraitdə müalicələri davam edir".

Qeyd edək ki, bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında ağır yol qəzası olub. Qəza zamanı iki nəfər ölüb, iki nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu