Bakı-Ələt yolundakı qəzada yaralananların adları açıqlandı: SİYAHI+YENİLƏNİB


Bakı-Ələt yolunda baş verən qəzada yaralananların çoxu mikroavtobusda olan sərnişinlərdir.


AFN xəbər verir ki, bu haqda Kliniki Tibbi Mərkəzin məlumatında qeyd edilib. Onların Gədəbəyə yas mərasiminə gedən yaxın qohumlar olduğu bildirilir.

***

Bakı-Ələt yolunda ağır avtomobil qəzasında yaralanaraq Kliniki Tibbi Mərkəzə gətirilən 9 nəfərin adları açıqlanıb.


AFN onların siyahısını təqdim edir:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.


AFN xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd edilib ki, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var: "Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. İçərilərində azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu