Laçında qəzada həlak olanlar bir ailənin üzvləri imiş

Ötən gün Laçın rayon Qarakeçdi kəndi ərazisində baş verən qəzada ölənlər ailə üzvləri olub.
AFN.az xəbər verir ki, qəzada ölənlər - avtomobilin sürücüsü keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır.
Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Abdullayeva Ramilədir.
Qeyd edək ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırmış.