Azərbaycanda dəhşətli qəza: iki ailə məhv oldu-yenilənib




Bu gün Göygöl rayonunda baş verən dəhşətli qəzada ölənlərin şəxsiyyəti bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza “VAZ 2107” markalı avtomobilin ötmə əməliyyatı edərkən baş verib.

Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun qızı 2018-ci il təvəllüdlü Həsənova Rübab, digər sərnişinlər -1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı vəfat edib. Həmin avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyə Ramiz qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“VAZ 2106” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfəz oğlu, həyat yoldaşı 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı və oğlu 2016-cı il təvəllüdlü Camalov Hüseyn, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu vəfat ediblər.

Qəza nəticəsində 8 nəfər vəfat edib, 1 nəfər yaralanıb. Onların hər biri Daşkəsən rayon sakinləridir.

***

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AFN "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "VAZ 2106” və "VAZ 2107” markalı iki avtomobil toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar "VAZ 2107"nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu