Sabirabadda ağır yol qəzası olub, ölən və yaralananlar var


Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.


Hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.

Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu