Qəza şəhidimizin anım mərasiminə gedərkən baş verib - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, dünən Kürdəmir rayonu ərazisində Xalq artisti Mənsum İbrahimovun qardaşı ailəsi ilə birgə ağır qəzaya düşüb.


M.İbrahimov “Qafqazinfo”ya açıqlamasında hadisə barədə məlumatı təsdiqləyib.

O bildirib ki, qəza şəhid İsrafil İbrahimovun anım mərasiminə gedərkən baş verib: “Qəzada qardaşımın qayınanası, şəhid İsrafil İbrahimovun nənəsi vəfat edib, qardaşım və ailə üzvləri isə xəsarət alıb. Onlar hazırda həkim nəzarətindədir. Hadisə anidən baş verib. Ola bilsin ki, oğlunun şəhid olduğu günün ildönümü olub deyə həyəcanlandığı üçün avtomobilin idarəetməsini itirib”.

Qeyd edək ki, hadisəni törədən sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu