ABŞ-da Sakit okeana düşən təyyarənin axtarışları davam edir


ABŞ-da gecə yarısı hava limanı yaxınlığında Sakit okeana düşən təyyarənin axtarışları davam edir.


Yerli medianın məlumatına görə, təyyarə gecə yarısı Kaliforniyanın San-Fransisko şəhərinin cənubunda yerləşən hava limanının yaxınlığında Sakit okeana düşüb.

Polis rəsmisi açıqlamasında bildirib ki, təyyarə qəzaya uğradıqdan sonra əraziyə yanğınsöndürmə qrupları ilə yanaşı, ABŞ Sahil Mühafizəsi də gəlib.

Qəzaya uğrayan təyyarənin növü ilə bağlı məlumat paylaşmayan rəsmi, içərisində neçə nəfərin olduğu ilə bağlı da heç bir açıqlama verməyib.

ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəzaya uğrayan təyyarənin yerini müəyyən etməyə çalışdıqları və axtarış işlərinin davam etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu