Filippində baş verən təyyarə qəzasında ölən 2 nəfərin cəsədinin tapılması istiqamətində işlər davam edir
Filippinin dağlıq Apayao bölgəsində qəzaya uğrayan və içərisində 2 nəfərin olduğu "Cessna 152" model təlim təyyarəsinin yerini müəyyən edən səlahiyyətlilər cəsədlərə çatmağa çalışır.
Apayaoda qəzaya uğrayan təlim təyyarəsində olan 2 nəfərin öldüyünü bildirən səlahiyyətlilər, təyyarənin qalıqlarının Filippin Hərbi Hava Qüvvələri tərəfindən müəyyən edildiyini, lakin hələ də cəsədlərə çatılmadığını qeyd edib.
Apayao Fəlakət və Risklərin İdarə Edilməsi Administrasiyasının rəhbəri Coffri Borromeo təyyarənin qalıqlarının Luna şəhəri yaxınlığında tapıldığını açıqlayıb.
Bildirilib ki, qəzaya uğrayan təyyarədə uçuş təlimatçısı Edzel Con Lumbao Tabuzo və hindistanlı tələbə Anshum Rajkumar Konde olub.