ABŞ-da qəzaya uğrayan kiçik təyyarənin pilotu ölüb


ABŞ-ın Texas ştatında ticarət mərkəzinin qarşısında qəzaya uğrayan kiçik təyyarənin pilotu ölüb.



ABŞ Federal Aviasiya İdarəsindən verilən açıqlamaya görə, Mooney M20 tipli təyyarənin Air Park-Dallas hava limanına enmədən əvvəl qəzaya uğradığını açıqlayıb.

Dallasın Plano rayonundakı ticarət mərkəzinin qarşısında qəzaya uğrayan təyyarə ətrafdakı bəzi mağazalara cüzi ziyan vurub, park edilmiş avtomobil də yanıb.

Polis rəsmiləri bildiriblər ki, təyyarənin pilotu ölüb.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu