Burkina Fasoda təyyarə qəzası nəticəsində 5 nəfər ölüb
Burkina Fasoda baş verən təyyarə qəzasında 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Burkina Faso nəqliyyat naziri Roland Somda mətbuata açıqlamasında ölkənin şərqində şəxsi sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat paylaşıb.
Somda qəzaya uğrayan təyyarədə 7 nəfərin olduğunu, pilot da daxil olmaqla 5 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını bildirib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.