Yaponiyada qəzaya uğrayan "Osprey" tipli təyyarənin axtarışları başa çatıb


ABŞ Hərbi Hava Qüvvələri 2023-cü ilin noyabrında Yaponiyanın cənubunda qəzaya uğrayan “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarəsi və ekipajı ilə bağlı axtarışları dayandırdığını açıqlayıb.



Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarəsi və ekipajının axtarışı istiqamətində bir aydan çox müddətdir aparılan fəaliyyətlərin başa çatdığı bildirilib.

Açıqlamada qeyd olunub ki, axtarış-xilasetmə işlərinə indiyədək 1000-dən çox canlı qüvvə, 46 təyyarə, 23 gəmi, 21 pilotsuz uçuş və sualtı sistem cəlb olunub.

Axtarışların dəniz səthində 60 min kvadrat kilometrdən çox, dənizin dibində isə 39 kvadrat kilometrdən çox ərazidə həyata keçirildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu