ABŞ-da qəzaya uğrayan hərbi helikopterdə 5 piyadanın həlak olduğu açıqlanıb


ABŞ-ın Kaliforniya ştatında havaya qalxdıqdan sonra xəbər alınmayan hərbi helikopterdə olan 5 dəniz piyadasının həlak olduğu bildirilib.



Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrindən açıqlama verilib.

Açıqlamada hərbi xidmətə xas riskləri başa düşsək də, hər hansı bir can itkisinin hər zaman çətin olduğu və 5 əsgərin cəsədlərinə çatmaq üçün səylərin davam etdiyi bildirilib.

Ağ Evdən verilən açıqlamada prezident Co Bayden 5 dəniz piyadasının ailələrinə başsağlığı verib və helikopter qəzası ilə bağlı araşdırmaların davam etdiyini bildirib.

Hərbi Dəniz Qüvvələrindən dünən verilən açıqlamada göyərtəsində 5 dəniz piyadası ilə Las Veqas yaxınlığındakı Creech Hava Qüvvələri bazasından havaya qalxan CH-53E Super Stallion tipli helikopterin Miramar Dəniz Piyadaları Hava Stansiyasına çatmadığı bildirilib.

Bölgədə axtarış-xilasetmə işləri davam edərkən, daha sonra helikopterin San Dieqo şəhər mərkəzindən təxminən 56 kilometr şərqdə dağlıq ərazidə qəzaya uğradığı məlum olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu