ABŞ hərbi helikopteri San Dieqo körfəzində təlim zamanı qəzaya uğrayıb


ABŞ-ın Kaliforniya ştatının cənubundakı San Dieqo körfəzində orduya məxsus helikopterin təlim zamanı qəzaya uğradığı bildirilib.



Donanmanın Sakit Okean Hava Donanmasından verilən açıqlamada, yerli vaxtla saat 18.30 radələrində Sikorsky SH-60 Seahawk tipli hərbi helikopterin San Dieqo Körfəzinə düşdüyü açıqlanıb.

Açıqlamada təhlükəsizlik tədbirləri çərçivəsində təcili yardım qruplarının təlim sahəsinin yaxınlığında olduğu vurğulanıb və helikopterdəki 6 nəfərin xilas edildiyi qeyd edilib. Xilas edilən ekipajın hərbi sağlamlıq mərkəzinə köçürüldüyü bildirilib.

Məsələ ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu