Meksikada baş verən qarşıdurmada 4 dəniz piyadası həlak olub


Meksikanın ABŞ sərhədi yaxınlığındakı Matamoros şəhərində baş verən qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfər dəniz piyadaları tərəfindən öldürülüb.


Tamaulipas Rabitə İdarəsi açıqlamasında bildirib ki, dəniz piyadalarının adam oğurluğu hadisəsini araşdırmaq üçün əməliyyatı zamanı qarşıdurma baş verib.

Açıqlamada qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfərin öldürüldüyü, hərbçilərin silah və radioları ələ keçirdiyi bildirilib.

Meksika Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada 4 donanma personalının qarşıdurmada iştirak etdiyi təsdiqlənsə də, hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

ABŞ-ın Matamorosdakı Konsulluğu tərəfindən edilən açıqlamada, işçilərdən şəhərdə baş verən silahlı zorakılıq səbəbilə yerli vaxtla 13.30-a qədər sığınacaqlarda qalmaları istənilib.

Tamaulipas və Matamoros ştatlarında kartellərlə yanaşı, mütəşəkkil cinayətkar qrupların da fəaliyyət göstərdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu