Antalyada silahlı qarşıdurmada 14 nəfər yaralandı
Antalyanın Kəpəz rayonunda kafedə baş verən silahlı qarşıdurmada 14 nəfər yaralanıb. Hadisə ilə əlaqədar polis qrupları 18 nəfəri nəzarətə götürüb.
Yeni Mahalle Karatay küçəsində yerləşən kafedə işin keçmiş sahibi ilə yeni sahiblər arasında borc məsələsi ilə bağlı iddia edilən mübahisə silahlı qarşıdurmaya çevrilib. Hadisə nəticəsində 14 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib. Polis 18 nəfəri saxlayıb.
Hadisədə istifadə edilən 2 tapança, 1 tüfəng və 1 bıçaq müsadirə edilib.