ABŞ Yaponiyada "Osprey" tipli təyyarələri yenidən havaya qaldırdı
Yaponiyadakı ABŞ qüvvələri 2023-cü ilin noyabrında qəzaya uğradıqdan sonra yerdə saxlanılan "CV-22 Osprey" tipli hərbi nəqliyyat təyyarəsini Okinavada yenidən havalandırıb.
Yaponiya Müdafiə Nazirliyi ABŞ-ın “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarələrini texniki xidmət və təlimdən sonra mərhələli şəkildə ölkə daxilində havaya qaldıracağını açıqlayıb.
Mərkəzi hökumət rəsmiləri "Osprey" tipli hərbi təyyarələrin ölkə daxilində müxtəlif ştatlarda təkrar istifadə ediləcəyi ilə bağlı yerli idarələrə məlumat göndərildiyini bildirdi.
Dövlət televiziyası NHK tərəfindən yayılan görüntülərə görə, ABŞ qüvvələri 2023-cü ilin noyabrında qəzaya uğradıqdan sonra anqara çəkilən “CV-22 Osprey” tipli təyyarəni yenidən havaya qaldırıb.
"CV-22 Osprey" təyyarələri Okinavanın Ginova bölgəsindəki ABŞ-a məxsus "MCAS Futenma" Hava Bazasından havaya qalxıb.