Türkiyədə F-16 təyyarəsi təlim zamanı qəzaya uğrayıb



Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsinin təlim uçuşu zamanı Yalovada qəza keçirdiyini və pilotun atlayaraq xilas olduğunu açıqlayıb. 

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarəsi təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb. Hadisə zamanı pilotun təyyarədən atlayaraq xilas olduğu bildirilib.

Nazirliyin açıqlamasında “Hərbi Hava Qüvvələrimizə məxsus bir ədəd F-16 təyyarəmiz təlim uçuşu zamanı Yalovada qəzaya uğrayıb, pilotumuz atlayaraq xilas olub. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırmanın nəticəsində müəyyən ediləcək. İctimaiyyətə hörmətlə duyurulur” ifadələri qeyd edilib.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu