Hindistanda təlim uçuşu zamanı MiQ-29 qırıcısı qəzaya uğrayıb


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MiQ-29 döyüş təyyarəsi Hindistanın Uttar Pradeş ştatında təlim uçuşu zamanı qəzaya uğrayıb.



Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada MiQ-29 qırıcı təyyarəsinin Aqra şəhəri yaxınlığında adi təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.

Açıqlamada təyyarənin sistem nasazlığı səbəbindən qəzaya uğradığı, pilotun özünü təhlükəsiz yerə atdığı bildirilib.

Açıqlamada Hindistan Hərbi Hava Qüvvələri tərəfindən qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığı qeyd edilib.

“Hindustan Times” qəzetinin məlumatına görə, rəsmilər qırıcı təyyarənin boş sahəyə çırpıldıqdan sonra alovlandığını, hadisə nəticəsində ölən və yaralananların olmadığını bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu