Hindistanda qəzaya uğrayan qırıcı təyyarənin iki pilotu həlak olub



Hindistanın şimal-şərqindəki Assam ştatında ötən gün Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.

AFN.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, təlim uçuşu üçün Corhat şəhərindən havalanan təyyarə bir müddət sonra yerə çırpılıb.

Qəza zamanı dünyasını dəyişən pilotların eskadrilya rəhbəri (mayor) Anucuçuş leytenantı (kapitan) Purveş Duraqkar olduğu bildirilib. Məlumata görə, "Su-30MKI" tipli döyüş təyyarəsi ilə son əlaqə yerli vaxtla saat 19:42-də yaradılıb, bundan sonra isə texnika radarlardan itib.

Təyyarənin Corhat şəhərindən təxminən 60 kilometr uzaqlıqda, Karbi Anqlonq rayonundakı meşəlik əraziyə düşdüyü müəyyən edilib. Dərhal ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb və qırıcının qalıqları tapılıb. Hindistanın müdafiə naziri Racnat Sinqh və Assam ştatının baş naziri Himanta Bisva Sarma həlak olan pilotların ailələrinə başsağlığı veriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu