ABŞ-da təlim zamanı qəzaya uğrayan qırıcı təyyarənin qalıqları tapılıb
ABŞ Hərbi Dəniz Qüvvələri Vaşinqton əyalətində dağlıq ərazidə adi təlim uçuşu zamanı qəzaya uğrayan qırıcı təyyarənin qalıqlarının tapıldığını, lakin təyyarədəki iki nəfərlik ekipajın hələ də itkin düşdüyünü açıqlayıb.
Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, oktyabrın 15-də yerli vaxtla saat 15.23-də "EA-18G Growler" tipli reaktiv təyyarənin Vaşinqtonda Rainier dağının şərqində qəzaya uğramasından dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb.
Axtarış-xilasetmə qrupları dünən yerli vaxtla saat 12.30 radələrində Rainier dağının yamaclarında təyyarənin qalıqlarını tapıblar, lakin təyyarədə olan iki nəfərin izinə rast gəlinməyib.
Ekipajın qəzadan sağ qalıb-qalmaması hələ məlum olmasa da, həftə sonu qar yağacağı gözlənilən dağlıq bölgəyə əlavə axtarış-xilasetmə qrupları göndəriləcək.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Mənbə: AA