ABŞ-da kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb


ABŞ-ın Vermont ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərin öldüyü açıqlanıb.



Vermont əyalət polisindən verilən açıqlamada, Konnektikut əyalətindəki bir hava limanından havaya qalxan 4 nəfərlik kiçik təyyarənin təxminən 2 saat davam edən uçuşdan sonra Vermonta çatdığı bildirilib.

Açıqlamada təyyarədə olan 4 nəfərin daha sonra Konnektikut ştatına qayıtmaq üçün yola düşdüyü, polisə qəza ilə bağlı heç bir məlumat verilmədiyi, ancaq təyyarədəkilərin yaxınlarının təyyarənin geri dönmədiyini bildirilib. Axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı və təyyarədə olan 4 nəfərin həyatını itirdiyi məlum olub.

ABC News-un məlumatına görə, Konnektikut ştatında bir məktəbdə aviasiya müəllimi və onun şagirdi təyyarədəki insanlar arasında olub.

Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası məsələ ilə bağlı araşdırmaya başlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu