ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb


ABŞ-ın Kaliforniya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.



Təyyarə qəzasının təfərrüatları Alpine County Şerif Departamentinin Facebook hesabında verilən açıqlamada yer alıb.

Açıqlamada "Luscombe 8" tipli tək mühərrikli təyyarənin Kaliforniyanın şimalındakı South Lake Tahoe bölgəsi yaxınlığındakı dağlıq ərazidə qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilən açıqlamada, Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının hadisə ilə bağlı araşdırma başlatdığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu