ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb: 2 nəfər ölüb, 1 nəfər yaralanıb


ABŞ-ın Texas ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.



ABŞ-ın Texas ştatında təhlükəsizlik qüvvələri və hadisə şahidləri bildiriblər ki, Odessa hava limanından havaya qalxan və qalxmaqda çətinlik çəkən kiçik təyyarə elektrik xəttinə dəyərək küçəyə çırpılıb.

Təyyarənin qəzaya uğramasından sonra başlayan yanğında ətrafdakı maşınlara və binalara da ziyan dəyib.

Təyyarədə olan 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu