Meksikada kiçik təyyarə qəzaya uğrayıb: 4 nəfər ölüb


Meksikanın Koahuila ştatında qəzaya uğrayan kiçik təyyarədə 4 nəfər ölüb.



Mülki Müdafiə Müşavirliyindən verilən açıqlamaya görə, Texas ştatının Bronwnsville hava limanından havaya qalxan N6074A nömrəli kiçik təyyarə Quadalupe hava limanı yaxınlığında yerə çırpılıb.

Qəzada 2-si qardaş olmaqla 4 nəfər ölüb. Ölənlər arasında Matamoros şəhərinin keçmiş merinin də olduğu bildirilib.

Koahuila ştatının prokurorluğu və Federal Mülki Aviasiya qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu