Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb: iki pilot həlak olub
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi ölkənin şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həlak olub.
AFN.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə Mardan dairəsində təlim tapşırığını yerinə yetirərkən yaşayış evlərinin üzərinə düşüb. Qəza nəticəsində yerli sakinlərdən də 3 nəfərin yaralandığı bildirilir. Hadisə yerinə xilasedicilər cəlb olunub, təyyarənin düşmə səbəbləri araşdırılır.



