Brent neftinin qiyməti 104,47 dollara düşüb
Brent markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq 104,47 dollar olub.
AFN.az xəbər verir ki, dünən 107,15 dollara qədər yüksələn Brent neftinin fyuçers müqavilələri üzrə bir barelinin qiyməti günü 106,06 dollar səviyyəsində başa vurub.
Bu gün saat 10:30-a olan məlumata görə, Brent neftinin dekabr ayı üzrə fyuçerslərinin bir barelinin qiyməti əvvəlki bağlanışla müqayisədə 1,5 faiz azalaraq 104,47 dollara enib.
Texniki təhlilə əsasən, Brent neftinin qiymətində 104,71 dollar səviyyəsi müqavimət, 103,69 dollar səviyyəsi isə dəstək zonası kimi izlənilə bilər.
