ABŞ-də istehsalçı qiymətləri sentyabrda gözləntiləri üstələyərək 1,3% artıb
ABŞ-də istehsalçı qiymətləri indeksi (ÜQİ) sentyabr ayında 1,3% artaraq proqnozları xeyli üstələyib.
AFN.az xəbər verir ki, “Reuters” agentliyinin sorğusunda iştirak edən iqtisadçılar indeksin 0,5% yüksələcəyini gözləyirdilər.
ABŞ Əmək Nazirliyinin avqust ayı üçün ilkin olaraq 0,4% açıqladığı istehsalçı qiymətləri indeksi göstəricisi sonradan 0,5%-ə qədər artırılaraq yenidən nəzərdən keçirilib.
Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza istehsalçı qiymətləri indeksi də sentyabrda 0,7% artıb. Bu göstərici də proqnozları üstələyib. “Reuters” sorğusunda iştirak edən iqtisadçılar baza ÜQİ-nin 0,3% yüksələcəyini ehtimal edirdilər.
İllik müqayisədə istehsalçı qiymətləri sentyabrda 6,3% artıb. Bu nəticə də gözləntilərdən yüksək olub. İqtisadçılar illik artımın 5,3% təşkil edəcəyini proqnozlaşdırırdılar.
Avqust ayı üçün illik istehsalçı qiymətləri artımı əvvəlcə 5,4% açıqlansa da, sonradan bu göstərici 5,6%-ə yüksəldilib.
İllik müqayisədə baza istehsalçı qiymətləri indeksi sentyabrda 5% artaraq proqnozları üstələyib. “Reuters” agentliyinin sorğusunda iştirak edən iqtisadçılar bu göstəricinin 4,4% olacağını gözləyirdilər.

