BMT: Kolumbiyada zəlzələdən 487 minə yaxın insan zərər çəkib



Birləşmiş Millətlər Təşkilatı (BMT) Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələnin təxminən 487 min insana təsir etdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, El Nino hava hadisəsinin təsirinin güclənməsi səbəbindən azı 57 min insan həyati əhəmiyyətli yardımlardan məhrum qalmaq riski ilə üzləşib.

IOM məsələ ilə bağlı ABŞ mərkəzli X sosial media platformasındakı hesabında paylaşım edib.

Paylaşımda zəlzələdən təxminən 487 min insanın təsirləndiyi bildirilib. Təcili yardım çağırışı çərçivəsində toplanan maliyyənin isə qarşıya qoyulan hədəfin dörddə birinə belə çatmadığı qeyd olunub.

Təşkilat zəlzələdən iki ay sonra El Nino hadisəsinin təsirinin artması ilə əlaqədar azı 57 min insanın həyati əhəmiyyətli yardımlardan məhrum qalmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Cənubi Amerika ölkəsi Kolumbiyada avqustun 10-da baş verən 7,4 maqnitudalı zəlzələ nəticəsində 331 nəfərin həyatını itirdiyi bildirilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu