Tramp İranla müharibənin tezliklə başa çatacağını və neftin ucuzlaşacağını bildirib
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox yaxın zamanda başa çatacağını və neft qiymətlərinin düşəcəyini bir daha bəyan edib.
AFN.az xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər yaxınlaşarkən Montana ştatında təşkil olunan mitinqdə gündəmlə bağlı açıqlamalar verib.
İranın dəniz və hava qüvvələrinin qalmadığını, ordusunun böyük hissəsinin məhv edildiyini iddia edən Tramp, ən azı ölkənin rəhbərlərini vəzifədə saxlamalı olduğunu, çünki kiminlə danışıqlar apardıqlarını bilmədiyini deyib.
Mitingdən qayıdarkən jurnalistlərə açıqlama verən Tramp İranla müharibənin çox yaxın zamanda başa çatacağını, bu ölkənin heç vaxt nüvə silahına sahib olmayacağını və neft qiymətlərinin kəskin şəkildə düşəcəyini iddia edib.
Arizona ştatında keçirilən başqa bir mitinqdə Tramp Qətər tərəfindən hədiyyə edilən və modernləşdirilən Boeing 747 tipli prezident təyyarəsi ilə bağlı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə apardığı söhbətdən də danışıb.
Tramp bildirib ki, o, əmirə ABŞ və Hərbi Hava Qüvvələri adından öz təyyarələri hazır olana qədər Qətərin 747 təyyarəsini müvəqqəti olaraq prezident təyyarəsi kimi borc almaq və ya istifadə etmək istədiyini deyib.
